About Us

Biz kimik

Copylab.az 5 illik təcrübəyə malik kontent marketinq agentliyidir. Xidmətlərimizə brendinq, sosial media üçün kontentin hazırlanması, reklam və kampaniyalar üçün yaradıcı məzmunun hazırlanması, veb saytlar üçün SEO əsaslı məqalələrin yazılması və video layihələri üçün ssenarilərin hazırlanması daxildir. Hər bir layihəyə brendin məqsədləri və hədəf auditoriyası nəzərə alınaraq strateji yanaşırıq. Hazırladığımız kontent brendlərin rəqəmsal görünürlüğünü artırmağa və biznes məqsədlərinə nail olmasına xidmət edir.

Missiamız

Copylab.az brendlərin rəqəmsal dünyada daha güclü görünməsi üçün kontent həlləri təqdim edən marketinq agentliyidir. Biz hər biznesin özünəməxsus hekayəsi olduğuna inanır və bu hekayəni doğru sözlər və düzgün strategiya ilə auditoriyaya çatdırırıq. SEO məqalələrindən reklam mətnlərinə, sosial media kontentindən video ssenarilərinə qədər hər məzmunu məqsədinizə uyğun hazırlayırıq. Məqsədimiz sadəcə kontent yaratmaq deyil, brendinizə dəyər qatan və real nəticə verən həllər təqdim etməkdir.

Biz nə edirik

  • Kopiraytinq​

  • SEO uyğun vebsayt kontenti​

  • Sosial Media üçün kontent hazırlanması

  • Rebrendinq​

  • Storytelling​

  • Brendlər və bizneslər üçün xüsusi kontentin hazırlanması​

Niyə Copylab?

01.
02.
03.
04.
05.
06.

Tez-tez verilən suallar

Müştərilərimiz nə deyir?

Hər rəy uğurla tamamlanmış bir əməkdaşlığın hekayəsidir.

“SEO məqalələri sayəsində Google-dan əldə etdiyimiz orqanik trafik nəzərəçarpacaq dərəcədə artdı. Komanda peşəkar və operativ işləyir.”

Ləman Alxaslı

Almayanaq MMC, Rəhbər

“Ən çox xoşuma gələn məqam hər işə strateji yanaşmaları oldu. Sadəcə mətn təqdim etmədilər, biznes məqsədlərimizə uyğun həllər təklif etdilər.”

Qasım Qasımlı

Qoşaqala Restoran, Menecer

“Copylab komandası ilə işlədikdən sonra kontentə baxışımız tam dəyişdi. Hazırladıqları məzmunlar həm auditoriyamızın diqqətini çəkdi, həm də vebsayt trafikimizdə artım yaratdı.”

Gülər Azərqızı

Şuşa Təhsil Mərkəzi, Kurs rəhbəri

Hər güclü brend doğru strategiya ilə başlayır. Gəlin, brendinizi birlikdə növbəti mərhələyə daşıyaq